Əlaqə Arxiv
news Image
2015.08.26
13:30
| A A A
Qırğızıstanda yol qəzası: 7 ölü

Qırğızıstanın Bişkek-Toruqart strateji avtomobil yolunda baş verən yol qəzası nəticəsində 7 nəfər həlak olub, daha 2 nəfər xəsarət alıb. Movqe.az bu barədə RIA Novosti-yə istinadən məlumat verir.


Qəza yerli vaxtla 7:30 radələrində baş verib. İlkin məlumata əsasən, "Honda Odyssey" markalı avtomobilin sürücüsü qarşı zolağa çıxıb və "Lexus 470" markalı maşınla toqquşub. Nəticədə sürücü və 6 sərnişin hadisə yerindəcə həlak olub. "Lexus 470"-də yaralanan 2 sərnişin xəstəxanaya yerləşdirilib.


Hazırda Daxili işlər nazirliyinin əməkdaşları ölən və yaralıların kimliyini müəyyənləşdirir. Hadisə yerində Çuy vilayətinin yol-patrul xidmətinin əməliyyat istintaq qrupu işləyir.


Sizin Reklam Yeriniz