Əlaqə Arxiv
news Image
2015.08.26
15:25
| A A A
İŞİD daha bir jurnalisti edam etdi

Onun cəsədi ailəsinə təhvil verilib.

İraqın azad mətbuat təşkilatı İŞİD terror qruplaşmasının yaraqlılarının iraqlı jurnalist Adil Əs-Saiqin təşkilatı tənqid etdiyi üçün oğurladıqdan sonra başından güllə ilə vuararaq qətlə yetirdikləri haqqında yazılı bəyanat yayıb.

Movqe.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, təşkilatın nümayəndəsi Danyal Qasım bildirib ki, yaraqlılar tərəfindən qətlə yetirilən jurnalistin cəsədi artıq ailəsinə yas mərasiminin keçirilməyəcəyi şərti ilə təhvil verilib.

Daha öncə İŞİD terror təşkilatı maraqlarında olmayan hadisələri işıqlandıran jurnalistlərin cəzalanacağı haqqında xəbərdarlıq ilə çıxış etmişdi.

İraqın azad mətbuat təşkilatı İŞİD terror təşkilatının İraqın şimalını ələ keçirdikdən sonra 41 jurnalistin qətlini qeyd edir.

Sizin Reklam Yeriniz