2050-ci ilədək əqli zəiflikdən əziyyət çəkənlərin sayı 3 dəfə artacaq
Yaxın 35 il ərzində demensiya (əqli zəiflik) xəstələrinin sayı kəskin artacaq. Bu, dünya əhalisinin ümumi qocalması ilə əlaqədardır.
2050-ci ilə qədər əqli zəif insanların sayı 47 milyondan 132 milyonadək artacaq. Movqe.az-ın Interfaks agentliyinə istinadən verdiyi məlumata əsasən, bu barədə Alsqeymer xəstəliyinin öyrənilməsi üzrə Beynəlxalq İnstitutun hesabatında deyilir.
Hazırda dünyada 60 yaşdan yuxarı insanların sayı təqribən 900 milyon nəfərdir. Mütəxəssislərin proqnozlarına görə, yaxın 35 il ərzində az gəlirli ölkələrdə onların sayı 185 faiz, kasıb ölkələrdə isə 239 faizə kimi artacaq.
Qeyd edək ki, ahıl insanlarda demensiya xəstəliyi xarakterikdir.