Movqe.az xəbər verir ki, 11 Sentyabrda Dünya Ticarət Mərkəzinə təşkil edilən "Əl-Qaidə" hücumunun ardından çəkilən fotoşəkiliylə hadisənin simvollarından biri halına gələn "Toz Qadın" ləqəbli Marcy Borders, 42 yaşında mədə xərçəngindən həyatını itirib.
İki uşaq anası qadının yaxınları, ictimai mediada Bordersin öldüyü haqda məlumat paylaşıblar. 2014-cü ilin aprelində xərçəng diaqnozu qoyulan Borders, xəstəliyinin səbəbinin 2 min 753 adamın öldüyü 2001-ci ildə baş verən hücumun təsirindən olduğunu, udduğu toz parçaları səbəbiylə xəstələndiyini iddia etmişdi.
Noyabr ayında yerli bir qəzetə müsahibə verən Borders "Qətiliklə belə olduğuna inanıram, çünki daha əvvəl ciddi bir xəstəliyim yox idi. Təzyiqim yüksək deyildi, kolestrolum da yox idi "deyib.
Əkiz Qüllələrdəki işinin daha ilk ayında olarkən hücumun qurbanlarından biri olan Borders xəbərdarlıqlara baxmayaraq 81-ci mərtəbədən qaçaraq yaralı xilas olan az saydakı çalışanlardan biri olub. Hücum sonrası psixoloji travma keçirən Borders içki və narkotik asılılığı səbəbiylə uşağının vəkalətini itirmişdi.