Əlaqə Arxiv
news Image
2015.08.26
18:20
| A A A
“444 nömrəli düşərgə”nin təqdimatı oldu

Beynəlxalq Avrasiya Mətbuat Fondunun Bakı ofisində "444 nömrəli düşərgə" adlı sənədli filmin təqdimat mərasimi keçirilib. Movqe.az məlumatına görə, filmi Media İnkişaf Mərkəzinin sifarişi ilə APA TV tərəfindən hazırlanıb. Film Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə ekranlaşdırılıb. "444 nömrəli düşərgə" ikinci Dünya müharibəsindən sonra SSRİ-də ən böyük tikintilərdən olan Mingəçevir Su-Elektrik Stansiyası və Mingəçevir Su Anbarının tikintisində çalışan alman əsirlərinin taleyindən bəhs edir.  Media İnkişaf Mərkəzinin sədri Qabil Abbasoğlu bildirib ki, bu filmdə alman əsirlərin Mİngəçevirdəki tikintilərdə iştirakı, onların yaşayışı, həyat tərzi, yerli xalqla münasibətləri də öz əksini tapır. Mingəçevir su anbarı tikildikdən sonra onların taleyinə də aydınlıq gətirilir. Filmdə alman əsrləri ilə münasibətdə olan azərbaycanlılar da öz xatirələrini bölüşüblər. Ekran işi alman əsiri Villi Deşin gündəliyi və alman əsrlərinin xatirələri əsasında çəkilib. Filmdə həmçinin Rudi Şiller və digər alman əsirlərin düşərgəyə rəhbərlik edən İslam İslamzadə haqqında maraqlı faktlar da yer alıb. Müəllif qeyd edib ki, alman dilində olan gündəliyin bir hissəsi Azərbaycan dilinə tərcümə edilib: "Biz istərdik ki, Villi Deşin gündəliyi tam tərcümə edilsin.  Bu film Almaniya-Azərbaycan münasibətləri və  Azərbaycan tarixinin kiçik hissəsinə böyük bir töhfə ola bilər".

 "444 nömrəli düşərgə"nin çəkilişləri Almaniya, Mingəçevir və Bakıda aparılıb

Sizin Reklam Yeriniz