Əlaqə Arxiv
news Image
2015.08.27
15:05
| A A A
Köhnə İŞİD-çidən İŞİD-ə qarşı internet saytı

Movqe.az xəbər verir ki, "Independent" qəzetində yayımlanan xəbərə görə ingilis vətəndaşı olan köhnə İŞİD militanı, təşkilatdan ayrıldıqdan sonra İŞİD-ə qarşı bir internet saytı qurub.

Qəzet İŞİD-ə qarşı virtual sahədə mübarizə aparan www.truthaboutisis.com saytı ilə əlaqəli detallara yer verib.

Twitter və Facebook hesablarından da istifadə edərək İŞİD-ə qarşı son dərəcə professional şəkildə mübarizə aparır.

Saytın çox yönlü videolar və ictimai media texnikalarıyla diqqət çəkdiyi bildirilən xəbərdə bu məlumatlara yer verilib: "Bu saytın email ünsiyyət məlumatı, telefon nömrəsi və ya ünvanı yoxdur. Ohio Daytondaki bir proxy serverindən istifadə edilərək adsız qeydiyyata salınıb. Truthaboutisisi Twitterda təqib edən 89 istifadəçi arasında Mo Farah , Amir Khan, Mishal Husain kimi ictimaiyyətdə yaxşı tanınan ingiltərəli müsəlmanlarda var."

Qəzet adını vermək istəməyən bu köhnə militanla reportaj da reallaşdırıb.


İŞİD-də vəhşilik və haqsızlıq gördüm


Saytın qurucusu, sayt üçün dövlətdən hər hansı bir dəstək və ya pul almadığını deyib: "Əgər dövlətdən dəstək almış olsaydıq daha az problem olardı, amma təəssüf ki almırıq."

Köhnə İŞİD-çi əvvəlcə qərbin Əfqanıstan və İraqdakı müdaxilələrinin qarşısını almaq, cihatçılar üçün pul və dəstək yığdığını və sonra da döyüşməyə getdiyini söyləyib.

Ancaq köhnə İŞİD-çi, ölkədən çıxıb İŞİD-ə qatıldığında narahat olduğunu dilə gətirib: "Vəhşilik və haqsızlıq var idi. Hamısı eyni şey üçün döyüşsədə ərəb müsəlmanlar, pakistanlı müsəlmanlardan və somalili üsəlmanlardan daha üstün tutulurdu. Ərəblər daha üst səviyyədə rəftar görürdü. Bu şeylərin İslamla bir əlaqəsi olmadığını düşündüm.

Sonra yaşı kiçik uşaqların döyülməsi və uşaqların canlı bomba olaraq istifadə edilməsi, öldürüləbiləcəkləri halda onlara döyüşmələri üçün silah verilməsi məni qorxudurdu.

Bu, mənim üçün vəhşilik idi. Ora gedəndə düşmən olaraq görülən amerikalılarla qarşılaşmaq üçün səbirsizlənirdim, amma ilk günlərdən bunu unuttum.

Qaçtım və İngiltərəyə canlı döndüyüm üçün sevinirəm."

Sizin Reklam Yeriniz