Əlaqə Arxiv
news Image
2015.08.27
17:52
| A A A
Azərbaycanda uşaq əməyinin istismarına nəzarət gücləndirilir

Uşaq əməyinin istismarının qarşısını almaq və onu azaltmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Dövlət Əmək Müfəttişliyi (DƏM) tərəfindən təxirə salınmaz tədbirlər həyata keçirilir. Movqe.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında ƏƏSMN-nin Dövlət Əmək Müfəttişliyinin rəis müavini Məhərəm Məhərov bildirib.


Onun sözlərinə görə, bu istiqamətdə təmsil etdiyi qurum tərəfindən araşdırmalar aparılır. M.Məhərov qeyd edib ki, 15 yaşından sonra hər bir uşaq işləyə bilər, ancaq bunun üçün onun valideyinlərindən birinin icazəsi mütləq olmalıdır: "15 yaşına çatmayan yeniyetmərlərin icazəsiz işə cəlb olunmasının aşkarlanması zamanı müəsisə və sahibi cərimələnir. Bundan əlavə, uşaqlar bütün sahələrdə işləyə bilməz. Məsələn, onlar gecə işində, spirtli içkilərin istehsalı və istifadəsi olan müəssisələrdə, obyektlərdə qətiyyən işləyə bilməzlər. Çünki bu, uşaqların mənəviyyatına mənfi təsir edir. Qeyd etdiyimiz məsələlər Müfəttişlik tərəfindən araşdırlır və əgər uşaqlar qanunsuz olaraq belə işlərə cəlb olunurlarsa, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, işəgötürən və sahibi olduğu müəssisə cərimələnir".


DƏM rəsmisi əlavə edib ki, işəgötürən tərəfindən 15 yaşına çatmayan şəxslərin işə cəlb edilməsinə görə, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək cərimə olunurlar. Həmçinin işəgötürən tərəfindən uşaqların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə olan fəaliyyətə cəlb edilməyə görə, vəzifəli şəxslər 3000 manatdan 4000 manatadək məbləğdə cərimə olunurlar".


Uşaq əməyinin istismarı ilə yanaşı, DƏM-in uşaqların hüquqlarının işəgötürənlər tərəfindən qorunmasına nəzarətinin də həyata keçirildiyini qeyd edən qurum rəsmisi vurğulayıb ki, belə hallara qarşı da mübarizə mütəmadi olaraq aparılır: "Uşaqların bir sıra təminatları var. Məsələn, onların iş saatları müxtəlifdir. Həftə ərzində 25 və yaxud 30 saat İş saatları azdır, məzuniyyət müddətləri isə çoxdur. Biz onların bu hüquqlarının pozulmamasına çalışırq. Amma əgər bəzən valideyn uşağını öz evində, həyətində əkin-biçin işi ilə məşğul olmağa, pambıq yığımına cəlb edirsə, biz bu halda hər hansı ölçü götürə bilmirik".

Sizin Reklam Yeriniz