Azərbaycanda Ünvanlı Sosial Yardımların (ÜSY) təyini elektron formada həyata keçiriləcək.Movqe.az-ın məlumatına görə bunu Tovuzda vətəndaşları gəbul edən Əmək və Əhalinin Sosial Müdafiəsi (ƏƏSMN) naziri Səlim Müslümov deyib.Sentyabr ayından başlayaraq bir neçə rayonda pilot layihə kimi Ünvanlı Sosial Yardım üçün müraciətlər və mərkəzlərin yardımı təyin etməsi və imtina cavabı elektron qaydada həyata keçiriləcək.Sınaq müddəti uğurla başa çatdıqda, bütün ölkə üzrə ÜSY-nin təyinatı tam elektronlaşdırılacaq.Səlim Müslümov deyib ki, bu cür yardımların verilməsinə dair xidmətlərin tam elektronlaşdırılması üçün 20-dən artıq dövlət qurumunun məlumat bazası ilə ƏƏSMN-nin məlumat bazasının identifikasiya olunması vacibdir. Bu isə uzun vaxt tələb edən prosesdir. Bununla belə həmin proqram təminatı artıq hazırdır.Məlumat bazalarına giriş eyniləşdirildikdən sonra sistemin tam tətbiqi mümkün olacaq. Bu məsələ ilə bağlı Prezident İlham Əliyevin müvafiq fərmanı var.Əliliyin təyini ilə bağlı müraciətlərin elektronlaşdırılmasına gəldiksə isə nazir təkliflər paketinin artıq təqdim olunduğunu dedi. "Dövlət başçısının qərarını gözləyirik, qərar verildikdən sonra bunu hansı istiqmətdə etməli olduğumuz müəyyən olacaq." – deyə S.Müslümov bildirib.Azərbaycanda Ünvanlı Sosial Yardımların verilməsinə ildən başlanılıb. Bu proqram aztəminatlı ailələrin maddi rifah halının yüksəldilməsinə yönəlib.