Əlaqə Arxiv
news Image
2015.08.28
18:30
| A A A
Mobil operatorlar lisenziyalarından məhrum edilə bilərlər
Bu il Azərbaycanda fəaliyyət gösətərən iki mobil operatorun lisenziya müddəti başa çatır.

Azərbaycanda fəaliyyət göstərən Bakcell və Azercell mobil operatorlarına Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) http://mincom.gov.az/ tərəfindən verilmiş müvafiq lisenziyanın müddəti bu il başa çatır.ANS PRESS-in məlumatına görə, yeni lisenziyanın verilməsi zamanı şəbəkə keyfiyyətinin artırılmasına dair nazirliyin qoyduğu şərtlər nəzərə alınacaq. Bunu Gəncədə vətəndaşları qəbul edən Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov deyib. Onun sözlərinə görə, göstərilən rabitə xidmətinin keyfiyyətinin ölçülməsi məqsədi ilə bir çox sınaqlar artıq yekunlaşıb. "Bizim tərəfdən bütün telekommunikasiya operatorlarına şəbəkə keyfiyyətinin arıtırılması tələbi qoyulub. Bu yaxınlarda qlobal testlər keçirdik. Testlərin nəticələri həm stasionar həm də, mobil operatorlara göndərilib. Mobil operatorların yenidən lizensiya alacağı vaxtda biz tələblərin yerinə yetirilib-yetirilmədiyini nəzərə alacağıq." – deyə Əli Abbasov bildirdi. Nazir mobil operatorlar tərəfindən tənzimləyici orqanların tələbləri yerinə yetirilməyəcəyi halda lizensiya verilməsində çətinliyin olacağını da istisna etmədi.


Sizin Reklam Yeriniz