Əlaqə Arxiv
news Image
2015.08.28
17:38
| A A A
Bakıda keçmiş polis əməkdaşının qətlinin təfərrüatları açıqlandı

Bakıda keçmiş polis əməkdaşının qətlinin təfərrüatları açıqlandı.

Movqe.az Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə məlumatına istənadən xəbər verir ki, avqustun 28-də Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Nadir İbrahimovun güllə yarası ilə 3 saylı şəhər kliniki xəstəxanasına daxil olaraq orada vəfat etməsi ilə bağlı aparılmış araşdırmalarla müəyyən edilib ki, qeyd edilən tarixdə saat 01 radələrində 1982-ci il təvəllüdlü Rövşən Həsənov Nadir İbrahimovla şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zəminində qabaqcadan razılaşdırılmaqla paytaxtın Nizami rayonu ərazisində təyin etdiyi görüş zamanı üstündə gəzdirdiyi "Makarov" markalı tapancadan ona 8 dəfə atəş açaraq xəsarət yetirib hadisə yerindən özünə məxsus "Lexus" markalı 10-VM-006 dövlət qeydiyyat nişanlı avtomobillə uzaqlaşarkən "Chevrolet" markalı avtomobillə toqquşub. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı xəsarət almış R.Məmmədov xəstəxanaya yerləşdirilib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanıb, ekspert kriminalistin, şəhər prokurorluğu və rayon hüquq mühafizə orqanlarının əməkdaşlarının iştirakları ilə hadisə yerinə və meyitə baxış keçirilib, iş üzrə əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən 8 ədəd giliz, 3 ədəd güllə götürülüb və digər təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilib.

R.Həsənov sonradan rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə könüllü gələrək təslim olmuş və cinayətin aləti "Makarov" markalı tapancanı təhvil verib.

R.Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, qətlə yetirilmiş Nadir İbrahimov keçmiş polis əməkdaşı olub.

Sizin Reklam Yeriniz