Əlaqə Arxiv
news Image
2015.08.29
12:10
| A A A
Nazirlik: İstifadə olunmayan yararlı torpaqlarla bağlı hökumətə təkliflər verilib

Kənd Təsərrüfatı Nazirliyi ölkədə istifadə olunmayan yararlı torpaqlara görə İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi ilə bağlı hökumətə təkliflər təqdim edib. Bunu Movqe.az-a açıqlamasında kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev bildirib.Nazir müavini deyib ki, yaxın zamanlarda məcəllədə bununla bağlı dəyişikliklər ediləcəyi gözlənilir.Onun sözlərinə görə, əkinə yararlı istifadə olunmayan torpaq sahəsinə görə cərimə sanksiyalarının tətbiq olunması nəzərdə tutulub: "Bu da yəqin ki, torpaqların istifadəsinə öz təsirini göstərəcək".

Sizin Reklam Yeriniz