Əlaqə Arxiv
news Image
2015.08.31
13:58
| A A A
Yeni çap olunmuş kitabların məktəbələrə çatdırılması yekunlaşıb
Yeni çap olunmuş kitabların Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərinə çatdırılması prosesi başa çatıb.

Təhsil Nazirliyindən Movqe.az-a verilən məlumata görə, Bakı şəhərində və ölkənin digər bölgələrindəki bütün məktəblər yeni dərsliklər və müəllim üçün metodik vəsaitlərlə təmin olunub.


Xatırladaq ki, 2015/2016-cı tədris ilinə ölkənin ümumtəhsil məktəblərinin IV, VI və VIII sinifləri üçün dövlət vəsaiti hesabına 141 adda 4095370 nüsxə dərslik və müəllim üçün metodik vəsait çap olunub. Bunlardan 71 adda 2033290 nüsxə dərslik və metodik vəsait IV və VI siniflər üçün, 70 adda 2062080 nüsxə dərslik və metodik vəsait VIII siniflər üçündür.


Bundan əlavə, bir il öncədən 2016/2017-ci tədris ilinə ümumtəhsil məktəblərinin IX sinifləri üçün kurikulum əsasında 70 adda dərslik və müəllim üçün metodik vəsaitin hazırlanmasına (nəşrinə) dair 22 lot üzrə açıq tender elan olunub. Müsabiqənin oktyabrın sonunda yekunlaşdırılması nəzərdə tutulur.


Sizin Reklam Yeriniz