Əlaqə Arxiv
news Image
2015.08.31
16:17
| A A A
Boş qalan yerlərə ixtisas seçimi başaladı

Sabahdan etibarən tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi başlayır. İxtisas seçimi internet vasitəsilə 3 sentyabr saat 23:59-dək davam edəcək.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Movqe.az-a verilən məlumata görə, müsabiqə bu ilin məzunları üçün buraxılış imtahanının nəticələrinə, orta məktəbi əvvəlki illərdə və ya xarici ölkələrdə bitirən abituriyentlər üçün isə 2015-ci il iyulun 2-də keçirilmiş eyni məzmunlu test imtahanının nəticələrinə əsasən aparılır. İxtisas seçiminə tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2015-ci ildə ərizə təqdim etmiş və ümumi balı 20-dən, ana dili və riyaziyyat fənlərinin hər biri üzrə minimal balı 8-dən az olmayan (xarici dil fənninə nisbi bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılırlar.

 

Xatırladaq ki, hər hansı bir təhsil müəssisəsinə qəbul olub qeydiyyatdan keçən şəxslər ixtisas seçiminə buraxılmırlar. Kolleclərin boş qalan plan yerlərinin siyahısı "Abituriyent" jurnalının xüsusi buraxılışında dərc olunacaq.

Sizin Reklam Yeriniz