Əlaqə Arxiv
news Image
2015.08.31
16:52
| A A A
Atası tərəfindən zorlanan qız yenidən hamilə qaldı-Sığınacaqdan-REPORTAJ

Ayaqyalın sığınacaqda o baş-bu baş gedib gəlir. Gah da boynunu büküb pəncərənin önündə oturub bayıra baxır. Əlindəki kitabı vərəqləsə də, oxumadığı diqqətimdən yayınmır. Bətnində çırpınan ikinci canın harayında olduğu üzündən hiss olunur... 

"Təmiz Dünya" İctimai Birliyinin sığınacağına sığınan bu yeniyetmə hamilə qadının taleyi bizim kimi oxucularımızın da marağına səbəb olacağından, fürsət tapan kimi onunla söhbətləşirik. Biz hamilə vəziyyətdə onu qadın sığınacağının bir küncünə hansı rüzgarın atdığından narahat olarkən, sən demə Movqe.az-ın zərif "qəhrəmanı" hamilə qalanadək bundan da faciəvi bir həyat yaşayıbmış. Özü də hələ lap kiçikkən... 

Milliyətcə rus olan M. T (adı şərtidir) başına gələnləri tam detalları ilə nəql etməkdən çəkinsə də, acı həyat hekayəsini qısaca belə anlatdı...

"Məni burada, sığınacaqda görən hər kəsi ilk anda bu sual düşündürür, "bu yeniyetmə qadın hamilə vəziyyətdə niyə sığınacağa sığınıb?".

 Bu mənim hələ uşaqlıqdan alnıma yazılan acı bir taleyin davamıdır. Anam səfil həyat sürürdü. Atalığımla birgə yaşayırdıq. 6 yaşımdan atalığım tərəfindən zorlanmışam.  Eyni zamanda kiçik yaşlarımdan dilənmişəm. Müxtəlif kriminal qruplaşmaların əlində olmuşam. Onlar məni dilənməyə məcbur edib. Bir neçe dəfə oğurluq üstündə polis bölmələrinə aparılmışam. Beləcə böyümüşəm. Əgər buna böyümək demək mümkünsə..."

"Qəhrəmanım"ın sözlərinə görə, küçədə, dilənçiliklə məşğul olduğundan, oğlanlarla ilk tanışlığı da elə küçədə baş tutub. İndiyədək bir neçə oğlanla cinsi münasibətdə olduğunu söyləyən T.M  dəfələrlə hamilə qaldığını, bu hamiləliyi pozduğunu söyləyir. Onun sözlərinə görə, sonuncu hamiləliyi isə son görüşdüyü oğlandandır. Hansı ki, həmin oğlan onun rəfiqəsini də hamilə qoyaraq ondan uzalaşıb. Odur ki, T. M uşağın atasının kimliyini gizli saxladığını söyləyir. Hazırda hamiləliyinin 8-ci ayında olduğunu söyləyən 17 yaşlı T.M övladının yolunu həsrətlə gözlədiyini söyləyir. Bura, qadın sığınacağına Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən göndərildiyini söyləyən həmsöhbətim özünə doğum şəhadətnaməsini də, şəxsiyyət vəsiqəsini də yeni aldığını söyləyir: "Mənim doğulandan heç bir sənədim olmayıb. Doğum şəhadətnaməm belə. Bu sənədi mənə  Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi düzəltdirib. Şəxsiyyət vəsiqəmi isə "Təmiz Dünya" İctimai Birliyinin rəhbəri Mehriban Zeynalovanın köməkliyi ilə almışam. Onlar mənin  dünyaya gələcək uşağıma uşaq arabasını, geyimlərini də alıblar. Sevinirəm ki, uşağım  mənim yaşadıqlarımı yaşamayacaq. Ən azından onun doğum şəhadətnaməsi olacaq. Onu dilənməyə qoymayacağam. Mənə burada sığınacaq verən insanlara minnətdaram".

  


Sizin Reklam Yeriniz