Əlaqə Arxiv
news Image
2015.09.01
11:09
| A A A
Azərbaycanda güclü zəlzələ gözlənilirmi?-AÇIQLAMA

Bu gün Şəkidə zəlzələ baş verib. Movqe.az-ın Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi məlumata görə, zəlzələ yerli vaxtla saat 07.08-də Şəkidən 15 km cənub-qərbdə baş verib. Təkanlar yerin 3 km dərinliyində, 0,0 bal gücündə qeydə alınıb.Zəlzələ hiss olunmayıb. Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Movqe.az-a açıqlamasında bildirib ki, baş verən zəlzələnin maqnitudası çox kiçik olduğundan, narahatçılığa heç bir əsas yoxdur. Q. Yetirmişli bu zəlzələnin respublika üzrə aktiv seysmik zonalarda təkanlara səbəb olmasının da mümkünsüz olduğunu bildirib: "Bu kiçik təkanlaın zəlzələ ocaqlarında fəallaşmaya gətirib çıxaracağı, seysmik cəhətdən aktiv zonalarda yenidən zəlzələlərin baş verməsinin müşahidə olunacağı barədə narahatçılıqlar əsassızdır.Əksinə, enerji boşalması gedib və bundan sonra həmin ərazidə maqnitudası daha yüksək zəlzələ gözlənilmir. Şimal qərb zonası seysmik zona olduğundan, orada kiçik təkanların qeydə alınması təbiidir. Çünki vaxtıilə həmin zonalarda güclü zəlzələlər baş verib. Şəki, Zaqatala Balakən, Qax rayonlarının əraziləri dağlıq zona olduğundan, 8-9 ballıq zəlzələ ocaqları hesab olunur". 


Sizin Reklam Yeriniz