Əlaqə Arxiv
news Image
2015.09.01
13:07
| A A A
Venezuela həbsxanasında yanğın: 17 ölü

Movqe.az xəbər verir ki, Venezuela Ali Məhkəməsindən verilən açıqlamada bildirilib ki, Valencia şəhərindəki "Tocuyito" həbsxanasında hələ səbəbi təyin olunmayan yanğın çıxıb.

Yanğında aralarında ziyarətçilərin də olduğu 17 adamın öldüyü , 11 adamın da yaralandığı qeyd edilib .

Venezuelada həbsxanalardakı məhkum sayının cinayət nisbətindəki artım və cəzaların ağırlaşdırılması səbəbiylə 2008-ci ildən bu yana iki qatına çıxdığı söylənilir. Ölkənin müxtəlif bölgələrindəki 32 həbsxana, dünyanın ən çox məhkum olan həbsxanaları arasında yer alır.

İnsan hüquqları dərnəkləri 900 nəfərlik tutuma sahib "Tocuyito" həbsxanasında 2500-dən çox adamın qaldığına diqqət çəkib.

Noyabr ayında isə "David Viloria" həbsxanasında bir qrup məhkum həyat şərtlərinin düzəldilməsi üçün üsyan etmişdi. Həbsxananın tibb məntəqəsinə hücum edən və tapdıqları bütün dərmanları udan məhkumlardan 35-i həyatını itirmişdi .

Movqe.az

Tərcümə etdi: Nihat Hüseynzadə

Sizin Reklam Yeriniz