Əlaqə Arxiv
news Image
2015.09.01
13:15
| A A A
Məktəblərdə reydlərə başlanılacaq

Sentyabr ayının 15-dən etibarən respublika üzrə məktəb bufetlərinin yoxlanılmasına başlanılacaq. Respublikanın ümumtəhsil müəssisələrinin bufetlərində və məktəbəqədər təhsil müəssisələrində  "Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı"nın tətbiqinə nəzarət məqsədilə keçiriləcək. Bu  məlumatı Movqe.az-a  Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı verib. F. Talıblı bildirib ki, yeni dərs ili sentyabrın 15-dən başlanıldığından həmin tarixdən etibarən bütün ümumtəhsəhsil müəssisələrinin bufetlərində, uşaq bağçalarında reydlərə start veriləcək. Aşkarlanan neqativ hallar faktlarla ictimaiyyətə açıqlanacaq.

F. Talıblı ilbəil məktəb bufetlərində aşkarlanan nöqsanların sayının azaldığını söyləyib.

Xatırladaq ki, uşaq bağçalarında və məktəblərdə qidalanma ilə bağlı artıq iki ildir ki, "Təhsil və tərbiyə alanların qidalanması ilə bağlı dövlət standartı"  qəbul olunub.

 

Sizin Reklam Yeriniz