Əlaqə Arxiv
news Image
2015.09.01
14:38
| A A A
Meksikada şiddətli fırtına səbəbi ilə ölənlər var

Movqe.az xəbər verir ki, paytaxt Mexikonun icra başçısı Eruviel Avila, birdən başlayan fırtına səbəbi ilə 100 evin ağır ziyan gördüyünü, 35 ağacın aşdığını, reklam dirəklərinin yıxıldığını və nəqliyyat yollarının iflic olduğunu açıqlayıb.

Fırtınanın səbəb olduğu yol qəzasında 45 günlük bir körpə həyatını itirib. Fırtınada ölənlər arasında 2 evsiz də var.

Paytaxtın bəzi bölgələrində yerdəki dolu qalınlığı 30 santimetr olub. Fırtınadan ən çox ziyan görən "Coacalco", "Tultitlan" və "Ecatepec" əhalisi küçələrdəki buz yığınları səbəbiylə evlərində qapalı qalıb.

Səlahiyyətlilər yağışların davam edə biləcəyini bildirərək, xalqı tədbirli olmaları mövzusunda xəbərdar edib.

Movqe.az

Tərcümə etdi: Nihat Hüseynzadə


Sizin Reklam Yeriniz