Əlaqə Arxiv
news Image
2015.09.01
16:43
| A A A
Bangkoqda məbədə bomba yerləşdirən terrorçu tutulub

Movqe.az xəbər verir ki, açıqlamanı Tayland baş naziri Prayuth Chan-ocha edib. Baş nazir hücumun baş şübhəlisi olaraq axtarılan məbədə bombanı qoyduğu təxmin edilən adamın tutulduğunu bildirib. Tayland televiziyalarının xəbərinə görə, şübhəlinin üzərindən Çin pasportu çıxıb. Şübhəlinin Çinin şimal qərbindəki Sincan bölgəsindən olduğu irəli sürülüb. Sincan çox sayda Uyğur Türkünün yaşadığı, hücum və qarşıdurmalara səhnə olan bir bölgədir.

Bangkok hücumuyla əlaqədar bir başqa şübhəli isə şənbə günü tutulmuşdu. Şübhəlinin üzərindən Adəm Qaradağ adına saxta bir türk pasportu çıxmışdı. Mütəxəssislər hücumun Çin və Taylandın Uyğur Türklərinə rəftarına qarşılıq məqsədiylə təşkil edildiyini təxmin edir.

17 Avqustda Bangkokdaki məbədə təşkil edilən bombalı hücumda 20 adam ölmüş, 120 adam da yaralanmışdı.

Movqe.az

Tərcümə etdi: Nihat Hüseynzadə

Sizin Reklam Yeriniz