Bakıda əri tərəfindən döyülən qadın uşağını qoyub evdən qaçdı-İşgəncə
Bakıda əri
tərəfindən döyülən qadın uşağını qoyub evdən qaçıb.
Movqe.az-ın xəbərinə görə, bu barədə
"Təmiz Dünya" Qadınlara Yardım Təşkilatının rəhbəri Mehriban
Zeynalova məlumat verib. O bildirib
ki, bir müddət əvvəl təşkilatın sığınacağında bir qadın uşaqla
həkim məntəqəsinə gedən zaman itkin düşmüşdü. Onlar bu barədə
dərhal yaxınlıqdakı polis şöbəsinə məlumat
veriblər: "O ərəfələrdə həmin qadının
yoldaşı bizə zəng vurub, qadının yerinin bildirilməsini xahiş
etmişdi... Qadın itkin düşəndən sonra kişi bizə zəng vurub, polisin
ondan izahat istədiyini və bizim vaxtında məlumatı gizlətdiyimizə
görə cavab verəcəyimizlə hədələmişdi. O zaman kişiyə, qadının
həyatının təhlükədə olduğunu əsas gətirdik. O isə "Mən heç vaxt onu
döyməmişəm, sadəcə özü günahkar idi. Qısqanclıq yaradırdı, səhv
edirdi, ona görə döyülürdü" deyirdi".
M.Zeynalova qeyd edib ki, hazırda polisdən zəng vurublar,
polis qadını tapıb. Məlum olub ki, sığınacaqdan qaçan qadın həyat
yoldaşının yanına qayıdıb.
"O isə
qadını gizlədirmiş... Hazırda qadının döyülməkdən ayağı tutulub,
yeriyə bilmir. İşgəncədən bezən qadın bu dəfə uşağını qoyub evdən
qaçıb...".