Əlaqə Arxiv
news Image
2015.09.03
13:10
| A A A
Ramil Usubov Minskdə danışıqlar apardı

Dünən Minskdə MDB ölkələrinin daxili işlər nazirlərinin Şurasının iclasında hüquq-mühafizə orqanları arasında əməkdaşlığın mühüm məsələləri müzakirə edilib. Oxu.az Belarus KİV-nə istinadən xəbər verir ki, əsasən söhbət kibercinayət, nəqliyyat oğurluğu, yeni psixoaktiv, psixotrop və narkotik vasitələrin dövriyyəsindən gedib. Polis və milis rəhbərlərinin indiki görüşləri artıq 43-cüdür. Bu dəfə Minskdə "dəyirmi masada" Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Belarus, Tacikistan, Özbəkistan nümayəndə heyətləri, eləcə də MDB İcra komitəsinin, Mütəşəkkil cinayətkarlıqla mübarizə koordinasiyası üzrə Büronun nümayəndələri toplanıb. Eləcə də Moldova və Qazaxıstan, Azərbaycan və Özbəkistan, Moldova və Qırğızıstan DİN-nin rəhbərlərinin ikitərəfli görüşləri olub. İclasın nəticələrinə görə, iştirakçılar Daxili İşlər Nazirlikləri Şurasının yeddi müxtəlif qərarını imzalayıblar.


Sizin Reklam Yeriniz