Əlaqə Arxiv
news Image
2015.09.03
12:58
| A A A
Moskva hava limanında yanğın

Movqe.az xəbər verir ki, Rusiyanın paytaxtı Moskvadakı Domodedovo hava limanında çıxan yanğın səbəbiylə təxminən 3 min adam evakuasiya edilib.

Nazirliyinin verdiyi məlumata görə, Moskvanın üç böyük hava limanında biri olan Domomedovonun baqaj hissəsində yanğın çıxıb.

Təxminən 20 kvadrat metr sahədə təsirli olan yanğın qısa müddətdə söndürülməsinə baxmayaraq , terminal binalarına qədər çıxan duman səbəbiylə havalimanı işçiləri və sərnişinlər də daxil olmaqla təxminən 3 min adam evakuasiya edildi .

Yanğının təmir işlərinin edildiyi hissədəki elektrik kabellərindən çıxdığı təxmin edilir .

Yanğın söndürənlər, polislər və sağlamlıq qrupları hava limanında işlərə davam edərkən, yanğın səbəbiylə hava limanında uçuşların bir müddət təxirə salınacağı bildirilib.

Domodedovo Havalimanını bu ilin ilk 7 ayında 14,41 milyon sərnişin istifadə edib.

Movqe.az

Tərcümə etdi: Nihat Hüseynzadə


Sizin Reklam Yeriniz