Əlaqə Arxiv
news Image
2015.09.03
14:25
| A A A
Bakıda zavodda silah-sursat tapıldı

Bərk məişət tullantılarının çeşidlənməsi zavodunda qumbara hissələri, tapançalar və başqa silah-sursat növləri aşkar olunub.  İş prosesi zamanı tapılan ümumilikdə 10 növ təhlükəli əşya"Təmiz Şəhər" ASC-in əməkdaşları tərəfindən polisə təhvil verilib. ASC –nin mətbuat xidməti  Movqe.az-a  verilən xəbərə görə, avqust ayında müxtəlif günlərdə aşkarlanan və polisə verilmiş silahlar və silah hissələrinin siyahısını verib.1) 2 ədəd F1 əl qumbarasının korpusu 2) 2 ədəd F1 əl qumbarasının alışqanı 3) 1 ədəd pnevmatik tapanca 4) 1 ədəd "Valtro" tapancası 5) 2 ədəd avtomat darağı 6) 1 ədəd patrondaş sepi 7) 162 ədəd 7.62 mm çaplı patron 8) 13 ədəd 5.45 mm çaplı patron 9) 1 ədəd 14.5 mm çaplı patron 10) 10 ədəd tapanca patronu.Bakı şəhərindən toplanmış tullantılar gün ərzində "Təmiz Şəhər" ASC-in çeşidlənmə zavoduna təhvil verilir. Zavodda tullantılar tərkibinə görə ayrılaraq xammal kimi təkrar istehsala yönəldilir. İş prosesi zamanı bəzən bu cür təhlükəli və başqa qeyri-adi əşyalar aşkar olunur. Bu zaman qurumun əməkdaşları həmin əşyaları aidiyyatı üzrə təhvil verirlər.


Sizin Reklam Yeriniz