Əlaqə Arxiv
news Image
2015.09.03
19:48
| A A A
İlham Əliyev Dövlət Neft Akademiyasının adını dəyişdi

Dövlət başçısı ali məktəbə rektor da təyin etdi.

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Dövlət Neft Akademiyasının adının dəyişdirilməsi haqqında sərəncam imzalayıb.

Movqe.az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Dövlət Neft Akademiyası Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlandırılıb.

Prezidentin digər sərəncamı ilə Mustafa Baba oğlu Babanlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin olunub.

Sizin Reklam Yeriniz