Əlaqə Arxiv
news Image
2015.09.04
11:42
| A A A
Sökülən binanın sakinlərinə 30 min manat paylandı-Özəl

"Sumqayıtda Azərbaycan Dəmir Yolları QSC-ə məxsus binada yaşayan məcburi köçkünlər köçürülüb". Bu sözləri Movqe.az-a açıqlamasında Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov verib. N. Əzməmmədov bildirib ki, sakinlərlə razılıq əldə olunub. Hər bir ailəyə 30 min manat məbləğində pul ödənilib: "Hər bir ailə üçün bankda hesab açıldı. Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 30 min manat onların bank hesabına köçürüldü".

N. Əzməmmədov bildirib ki, Sumqayıt Sərnişin Stansiyasında 52 məcbui köçkün ailəsi məkunlaşıbmış: "İllər idi ki, həmin ailələr o binada məskunlaşmışdılar. Bildiyiniz kimi Sumqayıt-Bakı dəmir yolunda təmir işləri aparılır. Ona görə, həmin bina buna uyğun olaraq yenidən qurulmalıdır. Biz məcburi köçkünləri artıq oradan köçürmüşük. Bina sökülüb, onun yerində yeni, müasir tələblərə cavab verən binanın yaxın günlərdə işasına başlayacağıq".

Qeyd edək ki, bir müddətdir ki, Bakı-Sumqayıt dəmir yolunda yenidənqurma işləri aparılır. Artıq işlər başa çatmaq üzrədir.


Sizin Reklam Yeriniz