Əlaqə Arxiv
news Image
2015.09.04
13:55
| A A A
Ərdoğan suriyalı qaçqınlar mövzusunda Qərbi günahlandırıb

Movqe.az xəbər verir ki,Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "CNN International"-a verdiyi açıqlamada suriyalı qaçqınlar mövzusunda Qərbi günahlandırıb.Dövlət başçısı Bodrumda qaçaqları daşıyan gəminin batması nəticəsində dünyasını dəyişən və şəkilləri dünya gündəmində yer alan suriyalı uşaqlarla bağlı suallara aydınlıq gətirib.Prezident Ərdoğan, CNN müxbirinin Aylan Kurdi adlı uşağın cansız bədəninin fotoşəkilini gördüyü zaman necə reaksiya verdiyi sualına cavab olaraq, fotoşəkili gördüyün

 zaman ailəsi ilə birlikdə olduğunu, uşaqlarının və nəvələrinin da fotoşəkili gördüyünü və çox pis olduğunu söyləyib.Ərdoğan, şəkil qarşısında özlərinə "İnsanlıq harada, insanlığın vicdanı harada? suallarını verdiyini ifadə edərək, 3 yaşındakı bir uşağa aid bu fotoşəkilin çox kədər verici bir kadr olduğunu bildirib.


"Daha əvvəl də çox təəssüf ki ,Aralıq dənizinin azğın sularında çox sayda uşaq, ana və atanın boğulduğunu" xatırladan Ərdoğan, yalnız Türk sahil təhlükəsizlik işçilərinin ilin başlanğıcından bu yana Aralıq dənizidə 50 mindən çox adamı xilas etdiyinə də diqqəti çəkib.


Prezident Ərdoğan, müxbirin "Günahkar kimdir?" sualına cavab olaraq,"Mən doğrusu bütün Qərb dünyasını bu mövzuda günahkar hesab edirəm" cavabını verib.

Aralıq dənizinə sərhədi olan ölkələrin bu insanları qəbul etmək istəmədiyini ifadə edən Ərdoğan, digər tərəfdən Türkiyənin sərhədlərinə gələn insanları qonaq olaraq qəbul etdiyini, onlara ev sahibliyi etdiyini, bu səbəblə də Suriya və İraqdan Türkiyəyə gələnlərin sayının 2 milyonu aşdığını vurğulayıb.Yunanıstan, İtaliya, İspaniya, Fransa və Macarıstan kimi ölkələrin də eyni şeyi rahatlıqla edə biləcəyini ancaq etmədiklərini ifadə edən Ərdoğan, eyni şeyin Almaniya üçün də keçərli olduğunu söyləyib. Ərdoğan, Alman bir nazirin Türk səlahiyyətlilərin ölkəyə qəbul etdiyi insanlardan bəzilərinin seçilərək Almaniyaya götürülməsi istiqamətindəki təklifini də tənqid edib və "Bu necə bir yanaşma olduğunu anlamaq mümkün deyil" deyə danışdı.


Prezident Ərdoğan, ölkə rəhbərliklərinin də məsuliyyət almasını və bu insanlara ortaq bir əməliyyatlarla yaşama şansı verilməsi lazım olduğunu vurğulayaraq, "Az əvvəl göstərdiyiniz bu fotoşəkili görmək istəmirik" deyə fikrini ifadə edib.


Sizin Reklam Yeriniz