Əlaqə Arxiv
news Image
2015.09.04
13:17
| A A A
Vanda polis maşınına hücum

Movqe.az xəbər verir ki, Türkiyənin Van şəhərində yola barrikada quraraq icazəsiz nümayiş edən bir qrupa müdaxilə edən zirehli polis maşınına əl istehsalı olan partlayıcı atılıb.

Əldə edilən məlumata görə , dünən gecə İpəkyolu rayonunun Hacıbəkir məhəlləsində barrikada quraraq yolu bağlayan qrupa müdaxilə etmək üzrə bölgəyə gedən zirehli polis maşınına əl istehsalı olan partlayıcı atılıb. Ölən və yaralan olmayıb, amma hücumda maşına ziyan dəyib. Təcavüzkarların tutulması üçün bölgədə hava dəstəkli əməliyyat başlayıb.

Movqe.az

Tərcümə etdi: Nihat Hüseynzadə

Sizin Reklam Yeriniz