Əlaqə Arxiv
news Image
2015.09.07
11:50
| A A A
Salyanda avtomobil piyadanı vurub

Salyanda avtomobil piyadanı vuraraq ağır yaralayıb.

Movqe.az xəbər verir ki, Salyan Rayon Polis Şöbəsindən (RPŞ) verilən məlumata görə, sentyabrın 6-da axşam radələrində Salyan rayonunun Yolüstü kəndində yol-nəqliyyat hadisəsi baş verib.

Yolüstü kənd sakini, 1981-ci il təvəllüdlü Məmmədov Vahid Valeh oğlu idarə etdiyi "VAZ 2106" markalı avtomobillə həmin kəndin sakini, 1968-ci il təvəllüdlü Ağarzayev Rəşid Qara oğlunu vurub. R. Ağarzayev sol bud sümüyünün qapalı sınığı və kəllə travması ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Salyan RPŞ-da araşdırma aparılır.


Sizin Reklam Yeriniz