Əlaqə Arxiv
news Image
2015.09.07
12:07
| A A A
II İliya Azərbaycana səsləndi-Video

"İnternetdə bu yaxınlarda klip yayılıb".


Gürcüstan Patriarxlığı Azərbaycan ərazisində yerləşən Müqəddəs Georgi kilsəsində çəkilən və internetdə yayılan videokadrlar ilə əlaqədar bəyanat yayıb.


Movqe.az xəbər verir ki, Patriarxlıq bu kadrlarda əks olunan səhnələrə qəzəblənərək, Gürcüstan və Azərbaycan hakimiyyətini bu faktı araşdırmağa çağırıb.


"İnternetdə bu yaxınlarda klip və ya bədii filmin bir hissəsi yayılıb. Çəkiliş bu gün Azərbaycan tərkibinə daxil olan, tarixi Ereti ərazisində yerləşən, mühüm mənəvi gürcü ocağında aparılıb.


Ssenari təxminən belədir: naməlum kişi və qadın xəzinəni ələ keçirmək üçün məbədə gəlirlər və iki katolik-rahibin başından dəyənəklə vuraraq onları zərərsizləşdirirlər, sonra isə onların paltarını geyinərək məbədə daxil olurlar. Onlar xəzinəni tapırlar. Qadın xəzinəni götürərək qaçır, kişi isə orda qalaraq digər ruhanilər (katolik rahib geyimində) ilə şərq döyüş üslubundan istifadə edərək mübarizə aparır.


Bütün bunlar kilsədə və onun mərkəzi hissəsində baş verir, bu isə minlərlə və hətta on minlərlə insanın dini hisslərinə qarşı saymamazlıqdır.


Bu kadrları çəkənlər həm pravoslavlar, həm də müsəlmanlar üçün ibadət yeri olan məkanı oyun meydanına çeviriblər. Bura əsrlər boyu insanlar ayaqyalın gəlir və müqəddəs Georgidən yardım diləyirlər.


Gürcüstan Patriarxlığı Gürcüstan və Azərbaycan hakimiyyətinə müraciət edərək bu faktı tez bir zamanda araşdırmağa və baş verənlərə görə müvafiq tədbirlərin tətbiq edilməsinə çağırır", - bəyanatda deyilir.


Bu klipi sentyabrın 5-də internetdə Milli Əlyazmalar Mərkəzinin keçmiş rəhbəri, tarix elmləri doktoru Buba Kudava yerləşdirib.


O qeyd edir ki, ilk baxışdan filmdə yolverilməz heç nə yoxdur, amma kadrlarda aktyorların tarixi abidələrə yalnız pis münasibət bəsləmələri deyil, hətta xristianların dini hisslərini təhqir etmələri də görünür, onlar altarda və məbədin divarlarında tullanır, dama qalxırlar və s.

Sizin Reklam Yeriniz