Əlaqə Arxiv
news Image
2015.09.07
13:25
| A A A
Azərbaycan nümayəndə heyəti MDB-nin fövqəladə hallar üzrə Şurasının iclasında iştirak edir

Azərbaycan nümayəndə heyəti bu gün Astanada keçiriləcək MDB ölkələrinin təbii və texnogen xarakterli fövqəladə hallar üzrə dövlətlərarası Şurasının 28-ci iclasında iştirak edəcək.

Movqe.az xəbər verir ki,  iclasda MDB-yə üzv ölkələrin təbii və texnogen xarakterli fövqəladə hallar barədə qarşılıqlı məlumat vermə sahəsində əməkdaşlığının müzakirəsi, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, MDB qüvvələri üçün operativ-taktiki təlimlərinin aparılması, fövqəladə hallarla bağlı xəbərdarlıq edilməsi və qarşısının alınması sahəsində kadrların hazırlanması kimi məsələlər müzakirə olunacaq.

Azərbaycanla yanaşı, iclasda Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistandan nümayəndə heyətləri, MDB icra katibinin müavini iştirak edəcək.

Qeyd edək ki, bu il MDB-yə Qazaxıstan sədrlik edir.



Sizin Reklam Yeriniz