Əlaqə Arxiv
news Image
2015.09.07
14:32
| A A A
Brüsseldə aksiya

Minlərlə fermaçı etiraz edir

Movqe.az xəbər verir ki, bu gün Fransa və Belçikadan olan minlərlə fermaçı etiraz etmək üçün Brüsselin "Avropa məhəlləsinə" toplaşıblar.

Onların məqsədi Avropa İttifaqı institutları və milli hökumətdən fermər təsərrüfatları üçün maliyyə dəstəyi almaqdır. Etiraz aksiyası ilə əlaqədar Brüssel polisi qabaqlayıcı tədbirlər planı hazırlayıb və sürücülərə xəbərdarlıq edib.

Qeyd edək ki, Avropa İttifaqında 1 apreldən süd istehsalına kvotaların və Rusiyaya embarqonun ləğvi alış qiymətlərinin düşməsinə səbəb olub. Bu isə fermaçıların zərərə işləməsinə gətirib çıxarıb.

Sizin Reklam Yeriniz