Əlaqə Arxiv
news Image
2015.09.07
16:36
| A A A
Azərbaycanda elmlər doktoru olmaq istəyənlərin 65 faizinin 40-dan çox yaşı var

Azərbaycanda fəlsəfə dоktоrlаrının hаzırlаnmаsı prоqrаmı üzrə təhsil alanların ümumi sayının 59 faizini 30 yaşadak gənclər, elmlər dоktоrlаrının hаzırlаnmаsı prоqrаmı üzrə təhsil alanların 65 faizini 40 və yuxarı yaşlılar təşkil edir.


Dövlət Statistika Komitəsindən Movqe.az-a verilən məlumata görə, fəlsəfə dоktоrlаrının hazırlanması proqramı üzrə təhsil alanların 692 nəfəri Milli Elmlər Akademiyasının, 1007 nəfəri Təhsil Nazirliyinin, 69 nəfəri Səhiyyə Nazirliyinin, 164 nəfəri isə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan müəssisələrdə təhsillərini davam etdirir.


Elmlər dоktоrlаrının hazırlanması proqramı üzrə təhsil alanların 194 nəfəri Təhsil Nazirliyində, 95 nəfəri Kənd Təsərrüfatı Nazirliyində, 13 nəfəri İqtisadiyyat və Sənaye Nazirliyində, 175 nəfəri isə Milli Elmlər Akademiyasında təhsillərini davam etdirir.


2015-ci ilin əvvəlinə olan məlumata əsasən, Azərbaycanda elmi tədqiqat və işləmələrlə 23 329 mütəxəssis məşgul olub ki, onların da 16 337 nəfərini və ya 70 faizini tədqiqatçılar təşkil edib.


Mütəxəssislərin hər üç nəfərindən birinin elmlər doktoru, fəlsəfə doktoru alimlik dərəcəsi olub. Bundan başqa, elmi tədqiqat bolmələrində tədqiqat və işləmələri yerinə yetirən, lakin elmi tədqiqat bölmələrində ştatda olmayan 10 026 elmi pedaqoji işçi ali təhsil müəssisələrində çalışır. Onların yarısı elmlər doktoru və fəlsəfə doktoru alimlik dərəcəsinə malikdir.

Sizin Reklam Yeriniz