Əlaqə Arxiv
news Image
2015.09.07
17:08
| A A A
Azərbaycanda 128 məktəbə yeni direktor təyin edildi
Bu ilin sentyabr ayında Bakı şəhəri üzrə 24, digər şəhər və rayonlar üzrə 104 ümumtəhsil məktəbinə yeni direktor təyin olunub.

Təhsil Nazirliyindən Movqe.az-a verilən məlumata görə, 2015-ci ilin mart ayınadək Bakı şəhəri istisna olmaqla, rayon və şəhərlərdə 229 ümumtəhsil məktəbinə yeni direktor təyin olunub. Son bir ildə ölkə üzrə ümumtəhsil məktəblərinə yeni təyin olunan direktorların sayı 357 nəfərə çatıb.


Respublikamızın digər rayon və şəhərlərində ümumtəhsil məktəblərinə direktor seçimi müsahibə komissiyası tərəfindən aparılır.


Qeyd edək ki, təhsil naziri Mikayıl Cabbarov bu gün Təhsil Nazirliyində Bakı şəhərində yerləşən ümumi təhsil məktəblərinə yeni təyin olunmuş direktorlarla görüşüb.


Sizin Reklam Yeriniz