Əlaqə Arxiv
news Image
2015.09.08
14:33
| A A A
Baş pediatrdan nevroloqlara xəbərdarlıq!

"Klinik praktikada tez-tez rast gəlirik ki, həkim nevroloqloqların məsləhəti ilə 1 yaşa qədər körpələrdə müəyyən müddətə peyvənd dayandırılır. Amma bunun obyektiv əsaslarını  əldə edə bilmirik".

Movqe.az-ın məlumatına görə, bu sözləri bu gün K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda "Vaksinlərin təhlükəsizliyi və vaksinasiyaya əks göstərişlər üzrə ÜST-ün Avropa regional müşavirəsi"ndə ölkənin baş pediatrı Nəsib Quliyev səsləndirib. N. Quliyev nevroloqlara müraciət edib: "Bu tədbirdə nevroloq həkimlərimiz iştirak edir. Mən  onların bu tədbirdə olmasından istifadə edərək bildirirəm ki, "nə üçün bu uşaq peyvənd olunmayıb" sualımıza valideynlər "həkim nevroloq məsləhət görüb ki, peyvənd dayandırılsın" cavabını verirlər. Hələ etməyin , etmək lazım deyil deməklə məsələ bitmir. Birinci növbədə uşaq peyvənddən kənarda qalır. İkinci növbədə  bilmirik ki, bu həkimin məqsədi nə olub, niyə bu qərarı verib. Bu söz şəklində ifadə olunanda, səbəb göstərilməyəndə narahatçılıqlar anlaşılmazlıqlar ortaya çıxır. Ona görə də, xahiş edirəm ki, bu məsələ ilə bağlı siz də öz çalışdığınız müəssisələrdə nevroloq həkimlər arasında təbliğat aparın". 

Sizin Reklam Yeriniz