Əlaqə Arxiv
news Image
2015.09.09
14:22
| A A A
BANM tələbəsi «Public Speech» təqdim edib

Bakı Ali Neft Məktəbində (BANM) Ali Məktəbin "Neft-qaz mühəndisliyi" ixtisasında təhsil alan III kurs tələbəsi Emilya Məmmədovanın Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 6-cı qrant müsabiqəsində qalib gəldiyi layihəsi əsasında "Public Speech" (Ictimai danışıq) adlı iki günlük təlim keçirilib.

Movqe.az xəbər verir ki, Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, layihənin təlimçisi BANM-in "Neft-qaz mühəndisliyi" ixtisasının III kurs tələbəsi Zərifə Orucova olub.

Tədbirdə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədriSeymur Orucov iştirak ediblər. Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılmasının yaradıcı gənclərin ideyalarını layihə formatında maliyyələşdirərək həyata keçirməyə imkan verdiyini deyib. Rektor Elmar Qasımov bildirib ki, BANM-in tələbələri bu layihələrin həyata keçirilməsi üçün öz ideyalarını və təşəbbüslərini irəli sürürlər, müstəqil şəkildə icra edirlər. Rektor Elmar Qasımov "Neft-qaz mühəndisliyi" ixtisasında təhsil alan III kurs tələbəsi Emilya Məmmədovanın layihəsinin nitq mədəniyyətinin inkişaf etdirilməsi üçün çox vacib bir layihə olduğunu vurğulayıb.

Rektor BANM-in yuxarı kursları üçün nitq mədəniyyəti üzrə dərslərin keçirilməsinin planlaşdırıldığını bildirib. Elmar Qasımov nəinki beynəlxalq əlaqələr üzrə mütəxəssislər, tarixçilər, filoloqlar, o cümlədən mühəndislərin də özlərini yüksək səviyyədə ifadə etməyi bacarmalı olduqlarını deyib.

Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev fondun məqsədi, yaranması və onlara təqdim olunan layihələrin istiqamətlərindən danışıb. Fərhad Hacıyev bu Fondun gənclərin yaradıcı ideyalarının həyata keçirilməsinə dəstək vermək üçün yaradıldığını bildirib. O, bu prosesin tamamilə şəffaf şəkildə internet vasitəsilə müraciətlərin qəbul olunması ilə həyata keçirildiyini deyib.

YAP Gənclər Birliyinin sədri Seymur Orucov deyib ki, BANM-in yaranması ilə ali təhsil məkanına yeni sağlam rəqabət gəlib və sağlam rəqabət olan yerdə həmişə inkişaf olacaq. O, Bakı Ali Neft Məktəbində tələbələr üçün müxtəlif ictimai və bu cür nitq mədəniyyətinin inkişafı üçün tədbirlərin keçirilməsinin bu Ali Məktəbin üstün cəhəti olduğunu vurğulayıb.

Qeyd olunub ki, "Public Speech" (Ictimai danışıq) adlı layihənin əsas məqsədi gənclərin ingilis dilində ictimai danışıq bacarıqlarını inkişaf etdirmək, liderlik xüsusiyyətlərini aşılamaq, müxtəlif mövzularda müasir təqdimat üsullarını öyrətmək, ali məktəblərin tələbələrini bir araya gətirərək, onların fəal ictimai fəaliyyətləri ətrafında müzakirələr aparmaqdır. Layihənin 1-ci günündə layihə rəhbəri Emilya Məmmədova və layihə təlimçisı Zərifə Orucova tərəfindən "How to make effective presentations" (Təsirli prezentasiyalar necə edilməlidir) və "Public speech" (Ictimai danışıq) mövzularında təqdimatlar keçirilib. Layihənin 2-ci günündə isə, iştirakçılar müxtəlif mövzularda öz ilk təqdimatları ilə çıxış ediblər.

Layihə 66 nəfər gəncin iştirakı ilə həyata keçirilib. Sonda iştirakçılara BANM-in rektoru Elmar Qasımovun və layihə rəhbəri Emilya Məmmədovanın imzası ilə sertifikatlar təqdim olunub.


Sizin Reklam Yeriniz