Əlaqə Arxiv
news Image
2015.09.10
11:24
| A A A
Ayın 15-dən dərmanlar eyni qiymətə satılacaq

Prezident İlham Əliyev bu ilin iyul ayında keçirdiyi müşavirədə dərmanların qiyməti ilə bağlı məsələni gündəmə gətirməklə və dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi göstərişi ilə bu sahədəki çatışmazlığı aradan qaldırmış oldu.


Məhz dövlət başçısı da dərman preparatlarının qiymətinin həddən artq şişirdilməsinə, bu sahədə özbaşınalıq və anarxiyanın hökm sürməsinə dair tutduğu iraddan sonra problem artıq öz həllini tapmaq üzrədir. Dərman bazarı tənzimlənməyə və dərmanların satışında şəffaflıq təmin olunmağa başlayıb.


5 gündən sonra bütün apteklərdə dərmanlar eyni qiymətə satılıcaq. Qiyməti eyniləşdirilən dərmanların hamısının üzərində oxunaqlı şəkildə dəyəri yazılacaq.


Dərmanların qiymətinin endirilməsi və eyniləşdirilməsi insanların çoxdandır ki, gözlədiyi hadisədir. Çünki müxtəlif preparatları müxtəlif qiymətə satan aptekləri gəzmək və daha ucuz dərmanı tapmaq insanları yorurdu.


İlkin mərhələdə ölkə ərazisində dövlət qeydiyyatına alınan 4500 adda dərman vasitəsindən 1057-nin qiyməti eyniləşdirilib. Bunlar həyat üçün vacib və təcili istifadə olunan dərmanlardır.


Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət İnspeksiyasının rəisi Pərviz Əzizbəyov deyir ki, dərmanların qiymətinin tənzimlənməsi mərhələli şəkildə davam edəcək: "Sentyabrın 15-dən İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəz birgə qiymət intizamına nazərət məqsədilə monitorinqlər keçirəcək. Artıq bu iki qurum arasında bununla bağlı razılaşma əldə olunub".


Qiymətlərin tənzimlənməsindən sonra dərman bazarında ciddi dönüşün baş verəcəyini prezident İlham Əliyev ötən gün keçirdiyi müşavirədə də vurğulamışdı.


Dövlət başçısı onu da qeyd etmişdi ki, dərmanların qiymətinin orta hesabla 2-3 dəfə aşağı salınması təmin edilib.


Səhiyyə Nazirliyindən bildirilib ki, dərman vasitələrinin qiymətləri tənzimlənməsi prosesi bu ilin sonunadək başa çatacaq. Bu vaxta qədər mindən çox dərman vasitəsinin qiymətləri tənzimlənib.

Sizin Reklam Yeriniz