Əlaqə Arxiv
news Image
2015.09.10
16:23
| A A A
Yeni təklif: Azərbaycan balı hotellərin səhər yeməyinin rasionuna daxil edilsin

Turizm obyektləri Azərbaycanın populyarlaşmasında vacib rol oynayır. Movqe.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyası sədrinin müavini Müzəffər Ağakərimov deyib.


O bildirib ki, hər bir turist ilk növbədə Azərbaycanın milli mətbəxi ilə tanış olmaq istəyir: "Bunun üçün Azərbaycan hotellərində əcnəbi qonaqlar üçün yerli mətbəx nümunələrinin, şərab və mineral suların xüsusi təqdimatını keçirməyi təklif etdik".


M.Ağakərimovun sözlərinə görə, populyarlaşdırılmalı olan məhsullardan biri də baldır: "Bunun üçün balın beşulduzlu hotellərin səhər yeməyinin rasionuna daxil edilməsini, Bakı və bölgələrdə xüsusi bal festivalları keçirməyi təklif etdik. Bundan əlavə, 1 nəfər üçün müəyyən miqdarda balın yerləşdirilə biləcəyi xüsusi qablaşdırma üzərində işləyirik".

Sizin Reklam Yeriniz