Əlaqə Arxiv
news Image
2015.09.11
11:54
| A A A
Azərbaycanda ən çox rast gəlinən xərçəng növlərinin adları açıqlanıb

"Azərbaycanda süd vəzisi, mədə və ağciyər xərçəngi daha çox yayılıb". Movqe.az-ın məlumatına görə,bu barədə Bakıda keçirilən  "I Türkiyə- Azərbaycan Onkoloji Günləri" konfransında Milli Onkologiya Mərkəzinin direktorunun birinci müavini Əziz Əliyev məlumat verib. Mərkəzin direktor müavini bildirib ki, MOM hər zaman xəstəxanaya müraciət edən hər bir xəstəni yüksək səviyyədə müalicə etməyə çalışır: "Azərbaycanda əvvəlki illərlə müqayisədə onkoloji xəstəliklərin müalicəsi üçün yaradılan şərait müasir səviyyəyə çatdırılıb. Əvvəlki illərdə bütün onkoloji əməliyyatlar yalnız bir binada həyata keçirilirdi. MOM-un Cərrahiyə Korpusunun inşasından sonra bu sahədə irəliləyişlər oldu. Hazırda 9 bölgədə onkoloji dispanser yerləşir. Bakıda isə Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası fəaliyyət göstərir".

Sizin Reklam Yeriniz