Əlaqə Arxiv
news Image
2015.09.11
13:08
| A A A
İŞİD 2 girovu satır

Movqe.az xəbər verir ki, İraq və Suriyada təsirini davam etdirən terror təşkilatı İŞİD, əlində tutduğu girovları mərhəmətsizcə öldürmə yerinə bu dəfə başqa bir yola müraciət edib.

İŞİD əlində olan biri norveçli biri də çinli olan iki əsiri satdığını bildirib. İŞİD-in internet vasitəsi ilə fəaliyyət göstərən jurnalı "Dabiq" sonuncu buraxılışında "Norveçli satılan məhbus", "Çinli satılan məhbus" başlıqları ilə girovların fotoşəkillərini paylaşıb.

İŞİD-in əlində girov olan Norveçli girovun Ole Johan Grimsgaard-Ofstad, Çinli girovun isə Fang Jinghui olduğu bildirilib. Birləşmiş Millətlər Təşkilatının ( BMT ) məlumatına görə, İŞİD ötən il əlində tutduğu girovlara istədiyi puldan 35-45 milyon dollar arası qazanc təmin edib.

Sizin Reklam Yeriniz