Əlaqə Arxiv
news Image
2015.09.11
13:46
| A A A
Respublikanın çaylarında mövcud vəziyyət açıqlanıb

Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-80, Kiçik Qafqazın çaylarında 70-110, Lənkəran-Astara bölgəsi çaylarında isə 15-30 faizini təşkil edir.

Movqe.az xəbər verri ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilənməlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda məntəqədə su sərfi 107 m3/s olmaqla, ongünlük normanın 77 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 75 m3/s olmaqla, ongünlük normanın 54 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 38 m3/s olmaqla, ongünlük normanın 42 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 23,5 m3/s təşkil edərək ongünlük normanın 26 faizinə bərabər olub.

Sentyabrın 11-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Araz çayının Novruzlu məntəqəsində və Şirvanda 2, Salyanda 3 sm azalma qeydə alınıb, Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 321 sm (2014-cü il sentyabrın 11-də 293 sm), Şirvanda 169 sm (2014-cü il sentyabrın 11-də 133 sm), Salyanda 100 sm (2014-cü il sentyabrın 11-də 64 sm), Bankədə 164 sm (2014-cü il sentyabrın 11-də 194 sm), Araz çayının Novruzlu məntəqəsində isə 46 sm (2014-cü il sentyabrın 11-də 30 sm) təşkil edir.


Sizin Reklam Yeriniz