Əlaqə Arxiv
news Image
2015.09.11
14:57
| A A A
Azərbaycan ərazisində havanın temperaturu düşür

Bəzi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir


Sentyabrın 12-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Movqe.az-a verilən məlumata görə, mülayim şimal küləyi əsəcək.


Havanın temperaturu gecə 19-24 dərəcə, gündüz 25-28 dərəcə isti olacaq.


Azərbaycanın bölgələrində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi ayrı-ayrı yerlərdə güclənəcək.


Havanın temperaturu gecə 18-23, gündüz 28-33 dərəcə, dağlarda gecə 10-15, gündüz 21-26 dərəcə isti olacaq.



Sizin Reklam Yeriniz