Əlaqə Arxiv
news Image
2015.09.11
17:17
| A A A
Danimarkalı polis məmuruna dünyanın hər yerindən evlilik təklifi gəlir-Foto

Movqe.az-ın məlumatına görə, Danimarkaya gələn qaçqınlar arasında olan kiçik Suriyalı qız uşağı ilə oynayan polis məmuru bir anda məşhur olub.

Qaçqın qız uşağı ilə oynayan polisə dünyanın hər yerindən evlənmə təklifləri gəlir.

Polis Təşkilatı və qəzetlərə göndərilən mail və oxucu məktublarında qadınlar "Belə bir polis üçün mən də sərhədləri aşaram" kimi cümlələr istifadə ediblər.

Danimarkanın Almaniyaya qurudan bağlı Jylland yarım adasının cənubundakı Padborg şəhəri yaxınlığındakı şosedə, ovucunda bir şey saxlayaraq polisə "axtar baxaq hansı ovcumda" şəklində sual soruşan və qarşılığını da gülər üz və sevgi ilə alan qız uşağının xoşbəxtliyi bütün dünya qadınlarını təsir edib.

"BT" qəzetinin müxbiri Claus Fisker tərəfindən çəkilən fotonu görən qadınlar polis məmuruna evlənmə təklifləri göndərərək, polisin ürəklərini fəth etdiylərini yazıblar.

"BT" qəzeti qadınlardan birinin "Mən bu polis məmurunun kim olduğunu bilmirəm amma onun üçün mən də sərhədləri aşaram. Həm yaxşı olduğu həm də yaraşıqlı olduğu üçün"sözlərini dərc edib.

Qəzet imgur.com adlı ictimai-sosial paylaşma şəbəkəsində şəkilin 1.2 milyon adam tərəfindən paylaşıldığını yazıb. Sosial mediada ayrıca Danimarkalı polislərin ABŞ-lı polislərdən daha insancıl olduqları yazılıb.

Sizin Reklam Yeriniz