Əlaqə Arxiv
news Image
2015.09.12
00:59
| A A A
Avtomobilləri sıradan çıxaran tramplinlər
Anar Nəcəfli: “Bizdə qanunda tramplin nəzərdə tutulmadığına görə, onun standartları da yoxdur”

Avtomobil yollarındakı çuxurlardan çox söz açılıb. Amma nəqliyyat vasitələrinin hərəkətinə əngəl törədən problemlər bununla birmir. Bəzən də çuxursuz yolların tramplin kimi dərdi olur. Hansı ki, onlara qanunla icazə verilmir. Amma buna baxmayaraq, paytaxtın bir sıra məhlə, qəsəbə daxilində süni maneə kimi tramplinləri görmək mümkündür.

Araşdırmalar göstərir ki, onların böyük əksəriyyəti elə sakinlər tərəfindən qoyulur. Sakinlər bildirirlər ki, bu, nəqliyyat vasitələrinin yüksək sürətinin qarşısını almaq baxımından rahatlıqlarını təmin edir. Tramplinlərdən şikayət edənlər isə sürücülərdir. Sürücülər tramplinlərin nəqliyyat vasitələrini zədələndirdiyini bildirirlər.

Məsələ islə bağlı "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli "Mövqe"yə bildirdi ki, yolun hərəkət hissəsinə hansısa maneənin qoyulması qanunla qadağandır: "İnzibait Xətalar Məcəlləsində buna görə cəza da nəzərdə tutulub. Vətəndaşlar tərəfindən süni maneələrin qoyulması qanunsuzdur. Belə hallarla rastlaşanda "Azəryolservis" ASC tərəfindən tədbir görülür və söküntüsü həyata keçirilir".

Anar Nəcəfli əlavə etdi ki, hansısa bir yerdə tramplin Daxili işlər Nazirliyi, Nəqliyyat Nazirliyinin razılığı əsasında yerləşdirilə bilər: "Dünyanın bir sıra ölkələrində tramplinlərin ölçüsünə, həcminə aid standartlar var. Amma bizdə qanunda tramplin nəzərdə tutulmadığına görə, onun standartları da yoxdur".

Yol hərəkəti üzrə hüquqşünas Ərşad Hüseynov bildirib ki, "Yol hərəkəti haqqında" qanun və "Avtomobil yolları haqqında" qanun yollarda istənilən məqsədlə süni maneələrin özbaşına yaradılmasını qadağan edir: "Yəni, tramplinlə yaradılması qanuni yolla olmalıdır. Amma hazırki qanunvericilikdə belə süni maneələrin kimin icazəsi ilə və hansı qaydada yaradıla bilməsinə dair norma mövcud deyil. Dünyanın bir sıra ölkələrdində həmin manelər yol hərəkətini tənzimləyən texniki vasitələr hesab edilir. Ona görə də onunla bağlı standartlar və tələblər mövcud olur. Amma Azərbaycan qanunvericiliyində yol hərəkətini tənzimləyən vasitələr sırasında süni maneə yoxdur. Yəni, hazırda istənilən tramplin qanunsuzdur. Burada tramplinin nədənə hazırlanmasının fərqi yoxdur. Bütün hallarda qanunsuz hesab olunur. Mövcud qanunvericiliyə görə, qanunsuz süni maneələr DYP-nin, eni zamanda yolun sahibinin tələbinə əsasən onu yaratmış şəxs tərəfindən küçədən yığışdırılmalıdır. Yaxud da xərci həmin şəxslər tərəfindən ödənilərək yol təsərrüfatı qurumları tərəfindən yığışdırılması mümkündür. Eyni zamanda yolda süni maneəni yaradan şəxs İnzibati Xətalar Məcəlləsinin 164.0.4-cü maddəsinə əsasən məsuliyyətə də cəlb edilə bilər".

Hüquqşünası bildirib ki, dünyanın bir çox ölkələrində təhlükəli ərazilərdə süni maneələrdən istifadə edilir: "Ancaq o ölkələrin qanunvericiliyində həmin texniki vasitəyə dair tələblər, standartlar müəyyənləşir. Məsələn, süni maneələr uzaqdan yaxşı görünməli, eyni zamanda gecə vaxtı işığı əks etdirməli, hündürlüyü isə bütün növ avtomovillərin keçə biləcəyi qədər olmalıdır. Həmçinin tramlinlərdən əvvəl xəbərdarlıq nişanı qoyulmalıdır. Odur ki, Azərbaycan qanunverciliyinə bu cür texniki vasitənin qanuni tətbiqinə imkan verən dəyişikliklər edilməlidir".

Sizin Reklam Yeriniz