Əlaqə Arxiv
news Image
2015.09.14
15:00
| A A A
Azərbaycanda "Bilik günü"nün hava proqnozu açıqlanıb

Sentyabrın 15-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.


Movqe.az-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu gecə 19-23, gündüz 26-31, Bakıda gecə 21-23, gündüz 28-30 dərəcə isti olacaq.


Azərbaycanın rayonlarında sentyabrın 15-də havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.


Səhər ayrı-ayrı yerlərdə duman olacaq,Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 16-21 dərəcə isti olacaq.


Qeyd edək ki, sabah Azərbaycanda "Bilik günü"dür.



Sizin Reklam Yeriniz