Əlaqə Arxiv
news Image
2015.09.14
15:20
| A A A
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi “Diqqət Uşaqlar” təhlükəsizlik aylığına start verib

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) tərəfindən "Diqqət Uşaqlar" təhlükəsizlik aylığına start verilib.


Movqe.az-ın məlumatına görə, İdarənin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov APA-ya bildirib ki, hər il dərs ili başladığı üçün küçə və yollarda təhlükəsizlik davranış qaydalarının aşılanması məqsədi ilə məktəblilərlə görüşlər təşkil edilir.


"Bunun üçün biz sentyabrın 10-da "Diqqət Uşaqlar" təhlükəsizlik aylığına start vermişik və bu kampaniya oktyabrın 10-dək davam edəcək. Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və Bakı şəhər 46 saylı məktəbdənkənar tədris mərkəzi ilə birlikdə müəllimlər, valideynlər və şagirdlərlə görüşlər keçirilir, yol hərəkətli ilə bağlı təbliğat işləri aparılır", - deyə o vurğulayıb.


V. Əsədovun sözlərinə görə, "Diqqət Uşaqlar" təhlükəsizlik aylığı ərzində azyaşlılara "Yol hərəkəti haqqında" qanun öyrədiləcək, onlar bu sahədə öz biliklərini nümayiş etdirəcəklər: "Bu cür tədbirlərin keçirilməsi yol hərəkətində təhlükəsizliyin təmin olunmasına təsir edir. Məqsədli keçirilən tədbirlərin nəticəsi olaraq ilin əvvəlindən bu günə kimi ölkə ərazisində baş vermiş yol qəzalarının sayı azalıb. Məsələn Bakı şəhərində ümumi qeydə alınan yol-nəqliyyat hadisələrində 60 hadisə, 53 ölüm faktı aşağı düşüb. Bu, yol polisi olaraq, bizi ruhlandırır. Bir daha hər kəsi nizam-intizamlı olmağa dəvət edirik. Mövcud vəziyyət deməyə əsas verir ki, yol hərəkətində mədəniyyət səviyyəsinin yüksəlməsi ən azı hadisələrin sayının aşağı düşməsinə şərait yaradır".



Sizin Reklam Yeriniz