"Korrupsiya ilə mübarizə Təhsil Nazirliyi üçün prioritet olaraq qalır. Biz bu məsələdə vətəndaşlardan da aktivlik gözləyirik". Movqe.az-ın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə deyib.
M.Cabbarov əlavə edib ki, TN tərəfindən korrupsiya ilə mübarizə iki istiqamət üzrə aparılır. Birinci istiqamət fərdi yolla vətəndaşların müraciətləri əsasında Təhsil Nazirliyinin bu məqsədlə fəaliyyət göstərən xüsusi strukturu vasitəsilə həyata keçirilir.
Nazirin sözlərinə görə, korrupsiya ilə mübarizə istiqamətində ikinci yol vətəndaşla məmur arasında əlaqələrin minimuma endirilməsidir. Bununla əlaqədar Bakıda artıq 1-ci sinfə qəbul elektron qaydada aparılıb. Eyni zamanda, müəllimlərin işə qəbulu, direktorların işə qəbulu proseduru və s. bu məqsədlə həyata keçirilən tədbirlərdəndir.
M.Cabbarov deyib ki, son tədris ilində təhsil sahəsində fəaliyyət göstərən bir çox təhsil işçiləri cəzalandırılıb. Baş Prokurorluq tərəfindən iki keçmiş məktəb direktoru tərəfindən cinayət işi aparılır.