Əlaqə Arxiv
news Image
2015.09.15
11:31
| A A A
Bakı metrosu qış qrafikinə keçib

Bu gündən Bakı metrosu qış qrafikinə keçib. Movqe.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nəsimi Paşayev deyib.


Onun sözlərinə görə, hər il sentyabrın 15-dən etibarən Bakı metrosunda sərnişin sıxlığını nəzərə alaraq qatarların sayı artırılır.


N.Paşayev qeyd edib ki, "Bakı Metropoliteni" QSC-i əgər yayda 24 cüt qatarla fəaliyyət göstərirdisə, bu gündən etibarən artıq saatda 30 cüt qatarla işləyəcək: "Qatarların sayını artırmışıq. Eyni zamanda intervalları da azaltmışıq. Məsəl üçün metronun Həzi Aslanov və 28 may stansiyaları arasındakı interval 2 dəqiqədir. Qeyri-pik saatlarda 2 dəqiqə yarım olacaq. Həmçinin metronun 28 May stansiyasından "Dərnəgül" və "İçəri Şəhər" stansiyaları istiqamətində hərəkət intervalı müvafiq olaraq 4-5 dəqiqə müəyyənləşdirmişik. Maksimum dərəcədə intervalı azaltmışıq".


Qurum rəsmisi stansiyalardakı qurğuların texniki vəziyyətinə də toxundu: "Bütün stansiyalarımızda avadanlıqlarımız saz vəziyyətdədir. Heç bir nasazlıq yoxdur. Bütün əməkdaşlarımız da stansiyalarda hərəkət axınına nəzarət edirlər. Sıxlıq müşahidə edilir, amma hər hansı bir ciddi problem yoxdur".


Sizin Reklam Yeriniz