Əlaqə Arxiv
news Image
2015.09.15
12:26
| A A A
İkinci yerləşdirmədə vakant yerlərə seçilən müəllimlərin sayı açıqlanıb
5 993 nəfərdən 433 nəfəri müddətli, 212 nəfəri müddətsiz müqavilə ilə təmin olunub

2015-2016-cı tədris ilində ümumi təhsil müəssisələrinə ikinci yerləşdirmə nəticəsində boş qalan 1 468 vakant müəllim yerinə keçirilən müsabiqənin nəticələri məlum olub. Movqe.az-ın məlumatına görə, Təhsil Nazirliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, yerləşdirmə nəticəsində elektron ərizə ilə müraciət edən 5 993 nəfərdən 433 nəfəri müddətli, 212 nəfəri müddətsiz müqavilə ilə təmin olunub.

Xatırladaq ki, birinci yerləşdirmədə 3 462 vakant yerə 24 437 nəfər ərizə verib. Onlardan 21 795 nəfərin ərizəsi təsdiqlənərək müsabiqənin birinci mərhələsinə - test imtahanlarına buraxılıb. Müsabiqənin birinci yerləşdirilməsi nəticələrinə görə 1 877 nəfər işə qəbul olunmaq hüququ qazanıb.

Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üzrə müsabiqədən sonra boş qalan yerlər üzrə əlavə yerləşdirilmə aparılıb. Müsabiqədə iştirak edərək keçid balını toplayan, lakin heç bir yer tutmayan 3 599 nəfər əlavə yerləşdirmədə iştirak üçün müraciət edib. Əlavə yerləşdirmə nəticəsində 356 nəfər işə qəbul olunub.

Qeyd edək ki, yerləşdirmə nəticəsində vakant yer tutmaq hüququ qazanan keçid balını toplamış namizədlər müddətsiz müqavilə əsasında, keçid balından 10 faiz aşağı toplayanlar 2015-2016-cı dərs ilinin sonunadək müddətli müqavilə ilə işləmək hüququ əldə ediblər. 

Sizin Reklam Yeriniz