Əlaqə Arxiv
news Image
2015.09.15
14:53
| A A A
Məleykə Abbaszadə: Bakı Ali Neft Məktəbi bir çox göstəricilərinə görə liderdir

Bakı Ali Neft Məktəbində (BANM) yeni tədrs ilinin başlanması münasibətilə keçirilən təntənəli mərasimdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə çıxış edib və BANM-in professor-müəllim heyətinə və tələbələrinə təbrikini çatdırıb.


Ali məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən Movqe.az-a verilən məlumata görə, M.Abbaszadə qeyd edib ki, BANM bu il 4-cü ildir ki fəaliyyət göstərir: "Biz I qrupa tələbələrin axınını, çoxalmasını müşahidə edirik. Bu il ən çox abituriyent I qrupa imtahan verib. BANM qəbulun bir çox göstəricilərinə görə ali təhsil müəssisələri arasında liderdir. TQDK-da 1994-cü ildən bu yana elmi-statistik təhlillər aparılıb, neft ixtisaslarına aid xüsusi statistik təhlillər aparmışıq. Orada göstərilir ki, məsələn, 1994-cü ildə 300-ə yaxın yer təqdim olunurdusa, o yerlərə 400-500 nəfər sənəd verirdi. İndi isə 30 mindən çox, ən çox 600 baldan yuxarı nəticə göstərən abituriyentlər məhz I qrupdadır. Birinci qrupda 690-700 bal arasında 25-dən çox abituriyent var idi. Bu onun göstəricisidir ki, abituriyentlərin arzuları var. Siz artıq arzunuza çatmısınız. Mən sizinlə fəxr edirəm".

Sizin Reklam Yeriniz