Əlaqə Arxiv
news Image
2015.09.15
17:15
| A A A
Səlim Müslümov neftin qiymətinin ucuzlaşmasının sosial layihələrə təsirindən danışdı

Dünya bazarında neftin qiymətinin ucuzlaşması sosial təminat məsələlərində hər hansı problem yaratmayacaq. Movqe.az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu gün keçirilən mətbuat konfransında deyib.


Nazirin sözlərinə görə, hökümət bununla bağlı balanslaşdırılmış siyasət həyata keçirir: "Hökumət bunu diqqətdə saxlayır. Neftin ucuzlaşmasına görə sosail təminat siyasətində hər hansı dəyişiklik edilməyəcək. Əksinə, biz çalışırıq ki, əhalinin sosial təminatı məsələsinin yaxşılaşmasına çox diqqət ayıraq. Çalışacayıq ki, sosial layihələri daha da çoxaldaq".


Qeyd edək ki, Azərbaycanın 2016-cı il üçün dövlət büdcəsinin proqnozunda 2016-cı il dövlət və icmal büdcələrin gəlirlərinin hesablamaları zamanı xam neftin satış qiymətinin 1 barrelinin qiyməti 50 ABŞ dolları hesablanıb.

Sizin Reklam Yeriniz